You are currently viewing Faydali bitkiler | Sağlamlığa faydası olan 10 ev bitkisi

Faydali bitkiler | Sağlamlığa faydası olan 10 ev bitkisi

Sağlamlığa faydası olan 10 ev bitkisi

Zaman irəlilədikcə təbiətlə olan bağlarımız qopmağa başlayır. Şəhərin ortasında yaşadığımız, tələskən həyatlar bütün enerjimizi çəkib alır bizdən. Tam da bu nöqtədə evimizdəki faydali bitkiler köməyimizə çatır. Evə addım atdığınız anda içinizin dincliklə dolmasını təmin edir. Evimizdəki faydali bitkiler sadəcə görünüş cəhətdən zövq oxşamaqla qalmır, həm də sağlamlığımıza fayda yaradır. Hansı bitkinin nəyə faydalı olduğunu bu məqalədə qeyd etmişik.

1. Jasmin

Yasəmən bitkisinin ruh halınız üzərində müsbət təsirləri var. Bu sadəcə anskiyete və stres problemləri ilə mübarizə aparmağınıza kömək edir. Əlavə olaraq ani ruh halı dəyişkənliyinin qarşısına keçər və yuxu keyfiyyətinizi yüksəldər. Çoxlu miqdarda yasəmənin immuniteti gücləndirib, libidonu yüksəltdiyi də bilinir.

2. Spider Plant

Bu bitkinin baxımı olduqca asandır və eyni zamanda çirkli havanı da təmizləyə bilir!

3. Yelkən çiçəyi (Peace Lily)

Həm gözəl dekor, həm də bir hava təmizləyici olan yelkən çiçəkləri, hər evdə olmalıdır, amma allergiyaya da səbəb olduqlarını unutmamaq lazımdır.

4. Paşa qılıncı

Baxımı ən asan olan bitkilərdən biri də paşa qılıncıdır! Havanı təmizləməsi ilə tanınır. Təbii ki, bir ədəd paşa qılıncı bitkisinin bütün evi təmizləyəcək qədər gücü yoxdur.

5. Rozmarin

Bir tərəfdən konsentrasiyanı artırır, bir tərəfdən də yaddaşı gücləndirir. Eyni zamanda da yeməklərdə də istifadə edilə bilir. Əlavə olaraq yeməklərdə istifadə olunduğu zaman əzələ ağrılarına və immunitet sisteminə olduqca faydalıdır.

6. Divar sarmaşığı

Divar sarmaşıqları havadakı allergik reaksiyalara səbəb olan toz dənəciklərinin 90%-ini filterləyir. Bu səbəblə astma xəstələri üçün çox faydalıdır, amma bu sarmaşıqların zəhərləri ola biləcəyini də unutmamamq lazımdır. Uşaqlardan və ev heyvanlarından uzaq tutmaqda fayda var.

7. Lavanda

Lavanda anksiyete, stres, yuxusuzluq və depressiyaya olduqca faydalıdır. Əgər yuxu problemləri yaşayırsınızs, lavandaya bir şans verməlisiniz.

8. Aloe vera

Aloenin sağlamlığa, dəriyə və daha bir çox şeyə faydası olduğunu çoxlarımız bilirik.

9. Salon sarmaşığı

Yuyucu tozlar, boya, yapışqan kimi kimyəvi maddələrin içində olan məkanlar üçün olduqca yaxşı bir filterləyici sayılırlar. Üstəlik baxımları da çox asandır.

10. Kauçuk

Kauçuk baxımının asanlığı və parıldayan yarpaqları ilə ürəkləri fəth edir. Havanı filterləyəərk təmizlədiyi üçün yarpaqlarını tez-tez təmizləmək lazımdır.

AÇAR SÖZLƏR: ev gulleri faydali faydali bitkiler faydali guller sağlamlıq