Çin dili | Öyrənməli olduğunuz ən faydalı ikinci dil
Tutalım ki, bir xaric dil bilirsiniz, amma öyrənməli olduğunuz 2-ci Xarici dil hansı ola bilər? Yəqin ki, bir dili öyrənib, ona öyrəşdikdən sonra yeni bir dil öyrənmə istəyi sizdə də olub. Gəlin indi hansı dili öyrənmək faydalıdır, ona nəzər salaq.
Həyatınızdakı məqsədə görə dəyişə bilər.
– Həmişə ticarət ilə məşğulsunuzsa, Çin dili öyrənmək Asiya bazarında çox işinizə yaraya bilər.
– Enerji sektorundasınızsa, ölkəmizdə də ən çox danışılan ikinci dil rus dilini öyrənə və ya təkmilləşdirə bilərsiniz.
– Dünyanın harasına gedirsinizsə, gedin ən az 2 insandan birinin mütləq bildiyi billərdən biri də ispan dilidir.
– Çox xüsusi insanların arasında yer almaq istəyirsinizsə, Skandinav dillərini öyrənin.
– Avtomobil sənayesində işləyirsinizsə, alman dilini öyrənin.
– Musiqi və incəsənətlə maraqlanırsınızsa, italiyan dilini öyrənmək sizə faydalı olacaq.
Dillərin aid olduğu ailələr
Məsələn, Azərbaycanda əgər siz fransız dili, ispan dili, italiyan dili, alman dili, ingilis dili, ərəb dili, ibranicə və farca bilirsinizsə, Azərbaycan dili ilə birlikdə 9 il bilmiş sayılırsınız. Amma bu dillərə Avropada başqa cür baxılır, yəni toplam 5 dil bilmiş sayılırsınız. İlk olaraq, fransız, ispan və italiyan dillərini bilirsinizsə, (hind-avropa/avropa/latın), ikinci alman və ingilis dili (hind-avropa/ alman) üçüncü ərəbcə və ibranicə, dördüncü farsca və beşinci azərbaycanca (türk dilləri).
Sizə həmçinin maraqlı gələ bilər: Xarici dil öyrənərkən nələrə diqqət etməliyik?
Yəni qısaca avroplalılar eyni dil ailəsinə aid olan dillərə bir dil olaraq baxırlar. Yəni siz fərqli bir dil öyrənmək istəyirsinizsə, bildiyiniz xarici dilin mənsub olduğu ailənin deyil, başqa dil ailəsindən dil öyrənməyə üstünlük verə bilərsiniz.
Əhali çoxluğuna görə seçilməməlidir
1. İlk olaraq yuxarıda qeyd etdiyimiz kimi seçdiyiniz işə uyğun olmalıdır.
2. Üçüncü dünya ölkələrinin dillərinə tələb çox azdır və çox nadir hallarda öyrənənlər olur.
3. İqtisadiyyatı güclü ölkələrin dillərini öyrənməyə çalışın.
4. İrəlidə yaşamağı planladığınız ölkənin dilini öyrənin. Məsələn, Rusiyaya getmək istəyisinizsə, rus dilini öyrənin. Hind dili filan öyrənməyinizə isə gərək yoxdur, hindlilərin çox ingilis dilini çox yaxşı bilir.
Çin dili