Joker- Diqqət spoiler!
Joker xarakter olaraq ilk dəfə 1940-cı ildə Batman komiks kitabında qeyd edilmişdir. Bill Finger, Bob Kane, və Jerry Robinson birlikdə onu yaratmışdılar. Düşünürdülər ki, Batmanın hər zaman mübarizə aparacağı bir xarakter olmalıdır. Bu isə bütün filmlərdəki kimi ağılsız və qol gücü ilə hər şeyi əldə edən kimsə olmamalıdır. Beləliklə, Joker yaranır. O, kimyəvi məhlullarla maraqlanır. Bir dəfə də kimyəvi qarışım edərkən, ora yıxılır. Saçları yaşıllaşır, üz dərisi ağarır, dodaqları isə qızarır. O sadist yumor hissi olan psixopatdır.
1960-cı illərdən etibarən Joker daha da məşhurlaşır. Sırf özünün baş qəhrəman olduğu filmlər yaradılır. Son zamanlar hamının danışdığı, nitqi quruyaraq izlədiyi Joker də elə o filmlərdən biridir. Çox ağır filmdir və izlədiyiniz zaman psixologiyanıza təsir edəcəyindən əminəm.
Filmi Günelsayağı dəyərləndirəcəm. Ümid edirəm, yaxşı və keyfi yerində bir yazı olar.
Milyon insan var bu dünyada. Kim nədir, necədir, necə yaşayır?
Bu suallar Azərbaycanda çox adamı maraqlandırsa da, böyük meqapolislərdə mənasızdır hamıya. Hamının başı pul qazanmağa, həyatını sahmana salmağa qarışıb. Onlar üçün dostluq, sevgi, qayğı artıq önəmli deyil.
1980-ci illərdir, Artur Flek qoca anası ilə birlikdə Gothamda yaşayır. O, küçə klounudur. Hər gün müştərilərin, yolda olan insanların alçaq sözlərinə məruz qalır. Özüdə psixolojik olaraq sağlam deyil, yerli yersiz gülür. Psixoloji dəstək alır. Amma insanlar rahat buraxmır onu. Sağlam düşünə bilməyən bir insan və hər gün minlərlə sarsıdıcı hadisə. İnsanlar alçaldır. Böyük şəhər qayğısı, qoca ana. Böyük dünyada tək qalmaq…
Bunları təsəvvür edə bilirsiniz? Əslində çoxumuzun yaşadıqlarıdır. Bizdə də insanlar sevirlər kimisə alçaltmağı. Əminəm, siz də o əzilməyi hiss etmisiniz. Buna kim dözər ki? Kindən nifrətdən bəslənən heç kim sevgi dolu ola bilməz.
Metroda onu döyən adamları öldürür və rahatlayır. Sanki gücünü kəşf edir. Artıq qarşı çıxmağı öyrənib, daha güclüdür- deyə düşünür.
Maraqlısı budur ki, hər gün mənəvi olaraq ölən Artur heç kimi maraqlandırmadığı halda onun öldürdüyü adamlar varlı adamın işçiləri olduğu üçün daha çox önəm görməyə başlayır… Bütün şəhər olanları görür və artıq hər kəs səssiz qalmamaq qərarını verir. Şəhəri idarə etmək mümkünsüzdür. Arturun istifadə etdiyi kloun maskasından hamı istifadə edir. Hamı olanlara qarşı çıxmağa başlayır. İnsanlar önəmli olduqlarını görmək istəyir. Bu əslində bizim eqomuzu göstərir. Bəlkə də əzilən insanların səsidir ya eqo?
Artur atasının kim olduğunu bilmir. Anası ona sonda desə də, o qəbul etmir. Anasını belə öldürür, çünki yalanlar qarşısında acizdir. Doğru cavabı isə heç kim bilmir. O, sənədləri görür. Anası isə bunların hamısının qurma olduğunu deyir. Amma kim bilir? İnsanlar yalan danışır. Tonlarca… Doğrunu göstərmək çox çətindir. Yalanı, doğrunu ayırmaq.? Ümumiyyətlə, ikisinin mübarizəsindən qalib gələn olub mu? Məncə, yox…
Arturun ən böyük arzusu stand-upçı olmaqdır, amma o heç kimi güldürə bilmir, beləliklə hamı onun zarafatlarından çox bacarıqsızlığına gülür. O, artıq özünə qarşı təhqirləri qəbul etmir. Onu məsxərəyə qoyanı da öldürür…
Film çox maraqlı gəldi, çox düşündürdü. Baş qəhrəman möhtəşəm idi. Onu da ayrı danışarıq.
Filmdə göstərilən ölümlərin dəstəkləyici yanı yoxdur. Həyatda insanları sındıran, onları içdən öldürən milyonlarla hadisələr baş verir. Filmin əsas məqsədi həmin hadisələrə üsyan idi. İnsanlar xoşbəxt yaşamalıdırlar. Həyat bir göz qırpımı qədər qısa ikən, heç kimin onu zəhərə döndərməyə ixtiyarı yoxdur! Bədbəxt insan ən təhlükəlidir. Sevgi saçın, əziz insanlar!
MƏNBƏ : Gunel Yashar
AÇAR SÖZLƏR : Coker, film haqqinda, Film Replikalari, joker, Joker filminin analizi