Insan tipləri | Bu insan tiplərindən qaçın

Bu insan tiplərindən geriyə baxmadan qaçın
Insan tipləri Həyatınızı, ətrafınızı yaxşılaşdırmaq üçün bu yazını hazırladıq. Bir biləndər insan deyib ki, dostlarımızı biz seçirik, yaxşılarını zaman saxlayır. Bütün münasibətlərdə belədir, insanları vaxt keçdikcə daha yaxşı tanımaq olur. Bu prosesləri tezləşdirmək üçün sizə mənfi xarakterli insanların bir neçə davranışları haqqında yazırıq. Deyilənləri izləyib, ətrafınızdakı insanlar xarakterlərini müəyyən edə bilərsiniz. Ən vacib tövsiyəmiz; qarşısınızdakı şəxsdə bütün detallara fikir verin. “Hadisə detallarda gizlidir.”

Etdiyi yaxşılıqları daima deyən insan

Ondan bir şey istədikdə edir, ancaq sonra bunu hər dəfəsində xatırladır. Bu insanları həyatınızdan çıxarmağa indidən başlayın. Başqa bir çözüm, münasibətinizdə məsafə yaradın və daha heç nə istəməyin həmin şəxslərdən.

Davamlı olaraq başqaları ilə özünü müqayisə edən

Məsələn, “onun həyatına bax, bir də mənim həyatıma.” deyən insanlar. Hər zaman narazı, deyingən və pessimist olan bu tip şəxslərə yaxın belə getməyin.

7/24 dedi-qodu edən insanlar

Ətrafdakı bütün hadisələrə reaksiya verən, başqalarının həyatını müzakirə mövzusu edən biri sizin haqqınızda danışmazmı? Hər şey ola bilər. Qeybəti həyat fəlsəfəsinə çevirən biri ilə danışıqlarınızı azaldın və həyati məsələlərinizi bölüşməməyinizi tövsiyə edirik.

Pessimistlər

Bu insanlar sizin enerjinizi alır və hər zaman stəkanın boş tərəfini görür. Onlar davamlı olaraq şikayət edir və realist olduqlarını düşünürlər, ancaq tək bacardıqları neqativliyi ətrafa yaymaqdır. Pessimist insanları həyatınızda saxlamamalısınız, çünki ətrafınızda pozitiv və sizi dəstəkləyən insanlara ehtiyacınız var. Həmişə mənfi auralı olan insanlar sizin üçün də sevinə bilməzlər.

Zaman oğruları

Bu insanlar adətən bank oğrusu kimi amma oğurladıqları şey pul deyil, ondan daha əhəmiyyətli olan zamandır. Sağlam dostluqlar, sevgidə münasibətlər iki tərəflidir. Siz onu dinləyib, dərdinə şərik olursunuz, ancaq o, sıra sizi dinləməyə gəldikdə mövzunu dəyişir və ya yenidən söhbəti öz həyatına gətirirsə, bu münasibətdə bir problem var. Dəyişmədikləri müddətdə onlardan uzaq qalın.

AÇAR SÖZLƏR : dostluq, insan psixologiyası, insan tipləri, münasibət, psixologiya

Mənbə: bildirchin.az