Fikirləri, çalışmaları və cəsarəti ilə tarixi yaddaşda qalan 9 qadınlar

Fikirləri, çalışmaları və cəsarəti ilə tarixi yaddaşda qalan 9 qadın

Tarixi çoxluqla kişilər yazır. Sanki tarixə yön verən də elə onlardır, tarix kitablarında əsasən onların adları keçir. Qadımlar isə əsasən ikinci planda, ya kişilərin dəstəkçiləri kimi, ya da tək-tük uğurlarla qalmışdır. “Əsasən” deyirik, çünki tarixə yön verən, güclü qadınlar var və onlardan sadəcə bir neçəsi.

1) Marie Curie (1867 – 1937)

Mariya küri Dünyanın bugünki hala gəlməsində təsirli rolu olan, elmin inkişaf etməyə başladığı 1900-cü illərdə tanınan tək alim qadın. Mariya Küri polonium və radium adlı elementləri ayırıb, adlandırmışdı. Radioaktivlər üzərində önəmli çalışmalara imza atmış və radiologiya elmini yaratmışdır. 1906-cı ildə “Ümumi fizika professoru” olaraq Sorbonne Üniversitetində fizika bölümünə qəbul olmuş və həmin dövrdə bu ünvanı daşıyan yeganə qadın olmuşdur. Eyni zamanda 1903-də Fizika və 1911-də Kimya Nobel mükafatına layiq görülmüşdür.

2) Jeanne d’Arc (1412 – 1431)

Hələ 16 yaşında ikən qalxanını geyinib, qılıncını da götürüb Fransanın müharibələrində ən ön cərgələrdə savaşmışdır. İnsanlara yol göstərib, ölkəsini İngiltərəyə qarşı qorumuşdu. Özünə İsadan vəh gəldiyini dediui üçün cadugər adlandırılaraq yandırıldı, lakin ölümündən 490 il sonra Vatikan tərəfindən əzizə elan edildi.

3) Sappho (e.ə 570)

Tarixin ilk qadın ədəbiyyatçısıdır. Eyni zamanda Yunan teatrının ilk qadın oyun yazarıdır. Coşqun və cəsur şeirləri ilə ön plana çıxmışdır, amma əslində Afroditə aşiq olduğu üçün lezbiyan adlandırılmışdır. Lezbiyan yəni lesbos sözünün yaşadığı Lesbos-dan gəlməsi ilə məşhurdur. Qadınların azadlığı üçün çox çalışmışdır.

4) Şahzadə Diana (1961 – 1997)

İngiltərədəki qatı krallıq qaydalarını və soyuqluğu heçə sayaraq xalqla əlaqəyə keçdi. Cəmiyyətin alt təbəqələri ilə yaxın münasibətlər qurdu, xeyriyyə işləri gördü və çox sevildi. Şahzadə olmasına baxmayaraq, saray həyatı ona uyğun deyildi. Azad olmaq istəyirdi. 1997-ci ildə özəl həyatına müdaxilə edən paparazzilər tərəfindən öldürüldü. Cənazəsində isə hər təbəqədən insanlar qatıldı.

5) Mary Wollstonecraft Shelley (1759 – 1797)

Gördüyü bir yuxuya əsaslanaraq yazdığı “Frankenstein or the Modern Prometheus” ilə əfsanı oldu. Amma o sadəcə məşhur Frenkeştaynı yaratmaqla tanınmır, eyni zamanda feminizmin ilk toxumlarını da atdı. İngiltərədəki qadın haqlarının rəsmiləşdirməsi fikrini ilk dəfə o irəli sürdü.

6) Anne Frank (1929 – 1945)

anne frank Nasist Almaniyası dövründə 13 yaşında idi və Amsterdamda atasının ofisində gizlənirdi. Burada, yaşadıqlarını gündəlikdərdə yazıb, Nasist zülmünü bütün dünyaya çatdırdı. Bu səbəblə də, Yəhudi soyqrımının simvolu oldu.

7) I. Elizabeth (1533 – 1603)

elizabeth
Özünü İngiltərə ilə evli elan edən və İngiltərənin azadlığını bildirmişdir. Siyasi və iqtisadi olaraq ən uğurlu dövrlərdən birinin kraliçasıdır. Eyni zamanda çox fərqli cəhətləri də var idi. Məsələn, heç vaxt evlənməmişdir. 13 yaşında 4 il öyrənmişdir. Olduqca bəzəkli paltarlar geyinmiş və bəyaz makiyaj modasını yaratmışdır.

8) Coco Chanel (1883 – 1971)

coco chanel
“Moda keçicidir, amma tərz qalır.” Sözü ilə modaya modernizmi gətirmişdir. Ondan əvvəl bəzəkli qiyafələr, şapkalar və qabarıq ətəklər var idi. O, qadınlar üçün şalvar dizayn etdi. Azad və güclü qadın sinvolu oldu.

9) Hatşepsut (e.ə. 1507 – 1458)

hatşepsut
Misirin ilk qadın firavunu və ən güclü idarəçilərindən biri idi. Dövrü zamanı sülh və bolluq içində keçdi, memari və daşınma mövzusunda gələcəyə də işıq verəək addımlar atdı. Bir qadın firavun olaraq böyük hörmət gördü.

Tarixi qadınlar

AÇAR SÖZLƏR: feminizm, güclü qadınlar, tarix, tarixi dəyişdirən qadınlar

Bir cavab yazın

sixteen − 14 =