You are currently viewing Ingilis dili inkişaf etdirəcək Youtube kanalları

Ingilis dili inkişaf etdirəcək Youtube kanalları

Dünya görüşünüzü və ingilis dilinizi inkişaf etdirəcək Youtube kanalları

Həm dünya görüşünüzü artırıb, həm də ingilis dili öyrənmək istəyirsinizsə, bu kanallar tam sizlikdir!

1. TED– əminəm bir çoxunuz haqqında eşitmisiz. Burada siz texnologiya, əyləncə, dizayn (Technology, Education, Design) və bir çox başqa mövzular haqqında olan nitqlər arasından özünüzə maraqlı gələn çıxışı seçib izləyə bilərsiz.

2. TED-ED – TED-in bir əlavəsidir, fərq ondadır ki, bu videolar tamamilə animasiyalardan ibarətdir. Müxtəlif hekayələr, miflər və tapmacalar haqqında videolar tapa bilərsiniz.

3. Kurzgesagt-in a Nutshell – öz animasiyaları və araşdırmalarıyla dolu olan kanal sizə ağlınızda olan suallar və fəlsəfi mövzular haqqında videolar təqdim edir.

4. Talks at Google – Google öz işçilərini məlumatlandırmaq üçün dünyada öz sahəsi üzrə ən bacarıqlı insanları dəvət edib söhbət ortamı yaradır. Bir növ TED-in alternatividir deyə bilərik.

5. The School of Life– fəlsəfə, şəxsi inkişaf haqqında olan videoları ilə seçilir.

6. Vox – Dünyada baş verən aktual hadisələri anlamağa kömək edən videolar yayımlanır.

7. D!NG – riyaziyyatla bağlı ,ağlınıza gələ biləcək maraqlı mövzular haqqında videolar var.

8. Crash Course – təhsil kanalı olaraq sizə öz sahənizdə kömək edə bilər.

9. Veritasium – kanalın sahibi Derek uydurma bir element kəşf edib və adını veritasium (gerçəklik elementi) olaraq qərarlaşdırıb. Ixtisasca mühəndis olan Derek film çəkməyə olan həvəsinə görə sonradan youtube kanalı açmağı qərara alıb, elmi videolar paylaşır.

10. Wisecrack – fəlsəfi mövzuları filmlərdən yardım alaraq əyləncəli şəkildə izah edir.

11. Marques Brownlee – keyfiyyətli texnologiya videoları üçün baxa biləcəyiniz bir kanal.

12. Fizika, riyaziyyat kimi fənlərlə maraqlanırsızsa
MinutePhysics
SciShow
AsapSCİENCE

Sırf ingilis dili üçün baxa biləcəyiniz kanallar:
1. Linguamarina – ingilis dilində ən çox istifadə edilən frazalar başlıqlı və bu kimi bir çox videoya baxa bilərsiz. Qrammatika və speaking üçün materiallar faydalı ola bilər.

2. mmmEnglish.

3. Çilem akar – türk youtuber sizə ingilis dili öyrənmək üçün əyləncəli üsullar öyrədə bilər.

4. Kolay bu.

5. English with Lucy – ingilis aksenti üzərində işləmək istəyirsizsə tam sizlik bir kanal.

6. Learn English with Papa teach me.

7. Speak English with Tiffani.

8. Learn English with tv series – serial və filmlərlə ingilis dili öyrənmək istəyənlər üçün.

Əlavə olaraq produktivlik barədə vloglar ya da study vlog izləməyi sevirsinizsə Ruby Granger’in kanalına göz ata bilərsiz.